London razılıq verdi: Rusiya ərazisi Britaniya silahları ilə vurulacaq

Dünya

10.07.2024 12:55

“Ukrayna hökuməti bu ölkəyə verdiyimiz “Storm Shadow” raketlərindən Rusiyaya zərbə endirə bilər”.

TodayPress, “The Evening Standard” qəzetinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.

O, əlavə edib ki, Ukraynanın etibarlı müdafiəsini təmin etmək məqsədilə, Kiyevə tərəfdaş ölkələrin verdiyi silah-sursatdan maneəsiz istifadəsinə şərait yaradılmalıdır.

Töhfə Səməd

tag: London, Rusiya, Britaniya, Ukrayna, Silah, todaypress.az,