London Pekini Çindən Rusiyaya hərbi tədarükün qarşısını almağa çağırdı

Dünya

19.10.2024 00:33

1120

Pekin öz hərbi məhsullarının Rusiyaya ixracına icazə verməməlidir.

 

TodayPress xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Lammi çinli həmkarı Vanq Yi ilə söhbətində deyib.

 

Britaniyalı nazir bəyan edib ki, London və Pekinin Ukraynada sülh və münaqişənin dayandırılmasında ümumi maraqları var.

 

“O, yenidən Çinin Rusiya hərbi-sənaye kompleksinə avadanlıq tədarükündən narahatlığını ifadə edib ki, bu da Çinin Avropa ilə münasibətlərinin pisləşməsi riski yaradır” diplomatların görüşünün yekunları üzrə yayılan sənəddə açıqlanıb.

 

Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri çinli həmkarını təchizat vəziyyətini nizamlamaq üçün bütün tədbirləri görməyə çağırıb.

 

Bundan əvvəl “Fox News” kanalı bildirmişdi ki, Çin Rusiyaya tüfəng, zireh və dronların ehtiyat hissələrini tədarük edir.

 

Aynur TAC

tag: Britaniya, Çin, Yardım, Hərbi, London, Pekin, todaypress.az,