London Makronu xəbərdar etdi: Putini qarşına alma!
Dünya
26.06.2024 12:28
“Britaniya xüsusilə Fransadan Ukraynadakı vəziyyəti qızışdırmamağı xahiş edir”.
TodayPress TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.
Fransa lideri Emmanuel Makronun Ukraynaya qoşun yeritmə ehtimalı ilə bağlı sözlərini şərh edən Kemeron bunun düzgün yanaşma olmadığını bildirib.
“Problem ondadır ki, əgər Fransa Ukraynaya qoşun göndərsə, o zaman Putin hədəfə çevriləcək. Bəs onlar Fransanı vursalar, fransızlar necə reaksiya verəcəklər? Fransızların bu suala düzgün konkret cavab verəcəyinə əmin deyiləm” deyə Kameron qeyd edib.
Günəş Mərd
tag: London, Makron, Putin, Böyük Britaniya, Fransa, todaypress.az,