London danışıqlarının ləğvi Ukrayna üçün necə nəticələnəcək?

Dünya

23.04.2025 16:15

5

Londonda xarici işlər nazirləri arasında keçirilməsi planlaşdırılan danışıqların təxirə salınması Ukraynanın qısamüddətli barışıq əldə etmək ümidlərinə zərbə vurub.   

TodayPress xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. 

Bildirilib ki, danışıqlarda müzakirəyə çıxarılmalı olan əsas məsələ Vaşinqtonun təklif etdiyi sülh planı olub. ABŞ-nin planı Rusiyanın Krımı ilhaq etməsinin de-fakto tanınmasını nəzərdə tutur.

Lakin Ukrayna prezidenti Volodimir Zelenski bu təklifi bir gün əvvəl açıq şəkildə rədd edib. 

Bu qərarın nəticəsi olaraq, Kiyevin yaxın zamanda qısamüddətli sülh sazişi əldə etmək planları çətinləşib.

Görüşün nə zaman keçiriləcəyi hələlik məlum deyil. 

Qeyd edək ki, baş tutmalı olan yüksək səviyyəli görüş, ABŞ dövlət katibi Marko Rubio və Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin imtina etməsi səbəbindən təxirə salınıb.

Nazirlər əvvəlcədən daha geniş texniki məsləhətləşmələrin aparılmasına ehtiyac olduğunu bildiriblər. 

Türkan İsgəndərli

tag: London,Danışıqlar,Nazir,Görüş,Todaypress.az,