Liviyanda atəşkəs əldə edildi

Dünya

10.08.2024 18:20

2274

Liviyanın paytaxtı Tripolidə tərəflər arasında müvəqqəti atəşkəs haqqında razılıq əldə olunub.

TodayPress xəbər verir ki, bu barədə “RİA”ya şəhərin xilasetmə və fövqəladə hallar xidmətinin rəsmi nümayəndəsi Usamə Əli məlumat verib.

Bundan əlavə, təcili tibbi yardım mərkəzinə mülki şəxslərə kömək edilməsi ilə bağlı müraciət olunub. Hazırda 60-dan çox ailənin çıxarılması üçün təhlükəsiz dəhliz yaradılıb. Qalanların təxliyəsi istiqamətində işlər davam edir. 

Töhfə Səməd

tag: Tripoli,Liviya,Atəşkəs ,Təxliyə, Tibbi Yardım, todaypress.az,