Liviyada gərginlik: Orduya əmr verildi
Dünya
10.08.2024 14:16
Liviyada marşal Xəlifə Haftara bağlı qüvvələrin ölkənin cənub-qərbində hərəkətliliyi Liviya Ali Dövlət Şurasının narahatlığına səbəb olub.
TodayPress bildirir ki, bununla bağlı Liviyanın Baş Qərargah rəisinin müavini Səlahəddin Nəmruş orduya ölkənin cənubundakı Şüveyrif bölgəsində mümkün hücumu dəf etmək üçün hazırlıq səviyyəsini artırmaq əmri də verib.
Artıq məsələ ilə bağlı ABŞ, Fransa, Almaniya, İtaliya və Britaniyanın Liviyadakı səfirlikləri ölkənin cənub-qərbindəki hərəkətliklə bağı öz narahatlıqlarını da ifadə ediblər.
tag: Liviya, Xəlifə Haftara, Ali Dövlət Şura, ABŞ, Fransa, Almaniya, İtaliya, todaypress.az,