Liviya sahillərində miqrantın cəsədi tapıldı
Dünya
04.07.2024 16:10
Liviyanın şimal-qərbindəki Surman şəhəri sahillərində qeyri-qanuni miqrantın cəsədi tapılıb.
TodayPress xəbər verir ki, bu barədə Liviya Qızıl Aypara Cəmiyyətinin Surman şöbəsi məlumat verib.
Cəsəd şəhərin sahilində aşkar edilib. Miqrantın kimliyi və milliyyəti ilə bağlı heç bir məlumat paylaşılmayıb.
Liviya Aralıq dənizi üzərindən qeyri-qanuni yollarla Avropaya qaçmaq istəyən mühacirlərin çıxış nöqtəsi kimi tanınır.
Töhfə Səmədova
tag: Liviya, Surman, Miqrant, Qızıl Aypara Cəmiyyəti, Aralıq Dənizi, todaypress.az,