Liviya 700-dən çox miqrantı deportasiya etdi
Dünya
26.07.2024 16:33
Liviyanın Qeyri-qanuni Miqrasiyaya Nəzarət Departamenti 700-dən çox qeyri-qanuni miqrantı Niger və Misirə deportasiya edib.
TodayPress xəbər verir ki, bu barədə departamentin təhlükəsizlik məsələləri üzrə məsul əməkdaşı Mohamed Breda məlumat yayıb.
O, bildirib ki, Liviyadan miqrantların deportasiyası davam edəcək.
Liviyanın daxili işlər naziri Emad əl-Tarabelsi bildirib ki, hazırda ölkədə olan xarici vətəndaşların sayı 2,5 milyona yaxındır və onların əksəriyyəti Liviya sərhədlərini giriş vizası olmadan pozub.
Töhfə Səməd
tag: Liviya, Miqrasiya, Emad Əl Tarabelsi, Deportasiya, todaypress.az,