Livanın cənubunda mülki əhalinin hərəkətinə qadağa qoyuldu
Dünya
30.11.2024 09:40
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda mülki əhalinin hərəkətinə qadağa qoyub.
TodayPress xəbır verir ki, İDF sözçüsü Aviçai Edri bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Qeyd edib ki, 60-dan çox Livan kəndinin sakinləri sərhəd bölgəsindəki evlərinə qayıda bilmir. Mülkilərin İsraillə sərhədə yaxın Livanın 10 yaşayış məntəqəsini birləşdirən şərti xəttin cənubuna getməsinə icazə verilmir. Edrinin fikrincə, bu xətti keçənlər özlərini təhlükəyə atacaqlar.
Xatırladaq ki, noyabrın 27-də İsraillə Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs barədə razılaşma qüvvəyə minib.
Günəş Mərd
tag: İsrail, Livan, Sərhəd, Edrin, Hizbullah, todaypress.az,