Livanın baş naziri: "İsrail atəşkəsi gündə bir neçə dəfə pozur"
İsrail
Livanla bağladığı 60 günlük atəşkəs razılaşması çərçivəsində üzərinə götürdüyü
öhdəliklərə əməl etmir və onu hər gün pozur.
TodayPress
xəbər verir ki, bunu Livanın baş naziri Nəcib Mikati Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Atəşkəs
razılaşmasının noyabrın 27-də qüvvəyə minməsindən üç həftə keçdi, lakin biz
hələ də İsrailin onu pozduğunu görürük. Bu, gündə bir neçə dəfə baş verir ki, bu, narahatedicidir. İsrail
qoşunlarını çıxarmaq üzrə öhdəliklərini yerinə yetirmir" Livanın baş
naziri əlavə edib.
Aynur
TAC
tag: İsrail, Livan, Atəşkəs, Türkiyə, Ərdoğan,