Livandan İsrailə onlarla mərmi atıldı
Dünya
03.11.2024 06:22
"Hizbullah" radikal qruplaşması
Livan ərazisindən İsrailə 100-ə yaxın mərmi atıb.
TodayPress xəbər verir ki, bu barədə İsrailin Müdafiə
Ordusu məlumat yayıb.
"Şənbə günü “Hizbullah” Livandan İsrailə təxminən
100 mərmi atıb", - Ordunun Mətbuat xidmətindən bildirilib.
"İsrail Ordusu dövləti və xalqı “Hizbullah” terror
təşkilatının yaratdığı təhlükədən qorumağa davam edəcək" İsrail hərbçiləri
əlavə ediblər.
Xatırladaq ki, ötən il oktyabrın 7-də HƏMAS İsrailin
nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar,
uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail
Ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Əvvəllər dəfələrlə Qəzzada
atəşkəslə bağlı danışıqların dalana dirəndiyi barədə məlumatlar yayılıb. Eyni
zamanda, ABŞ, Qətər və Misirin Qəzzada İsrail və HƏMAS üçün yeni atəşkəs
təklifinin formalaşdırılması üzərində çalışdığı bildirilib. Lakin bu səylər
indiyədək heç bir ciddi dəyişikliyə səbəb olmayıb.
tag: Hizbullah, Livan, İsrail, Ölüm, todaypress.az,