Livandan İsrailə 75-ə yaxın raket atıldı
Dünya
30.10.2024 06:47
İsrail ordusu Livanın şiə təşkilatı
"Hizbullah"ın döyüşçüləri tərəfindən yəhudi dövləti istiqamətində
atılan 75-ə yaxın raketi aşkar edib.
TodayPress Rusiya mətbuatına istinadən xəbər verir ki
ordu İsraili və xalqını Hizbullah terror təşkilatından gələn təhdidlərdən
qorumağa davam edəcək.
Qətərin Əl-Cəzirə telekanalı Livanın Səhiyyə
Nazirliyinə istinadən xəbər verir ki, İsrailin Livanın cənub-qərbində Sarafand
şəhərindəki binaya endirdiyi hava zərbəsi nəticəsində azı 8 nəfər həlak olub.
Nazirlik daha 21 nəfərin atışma nəticəsində
yaralandığını bildirib.
Aynur TAC
tag: Livan, Rusiya, Sarafand, Hizbullah, todaypress.az,