Livandan İsrailə 70-dən çox mərmi atıldı

Dünya

19.10.2024 06:31

2762

Son  24 saatda Livandan İsrailə 70-dən çox mərmi atılıb.

TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

“Bu gün saat 19:45-ə olan məlumata görə, Hizbullah terror təşkilatı tərəfindən atılan təxminən 75 mərmi Livandan İsrail ərazisinə keçib” məlumatda qeyd olunub.

Məlumata görə, Livandan buraxılan iki pilotsuz təyyarə İsrailin hava məkanına girməzdən əvvəl ələ keçirilib.

Livan ərazisindən atəşə tutulan hücumlardan sonra İsrail hərbçiləri İsrail ərazisini hədəf alan onlarla atıcı qurğuya cavab zərbələri endirib.

Bundan başqa, “Hizbullah”ın hərbi infrastruktur obyektlərinə, komanda mərkəzlərinə və silahlı birləşmələrə hava zərbələri endirilib” deyə İsrail Müdafiə Nazirliyi əlavə edib.

Aynur TAC

tag: İsrail, Livan, Hizbullah, Pilotsuz Təyyarə, Terror, todaypress.az,