Livandan İsrailə 55 raket atıldı

Dünya

17.08.2024 16:00

1626

Livan ərazisindən İsrailə 55 raketin atıldığı qeydə alınıb.

TodayPress xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Livandan İsrail ərazisinə doğru uçan 55-ə yaxın mərmi qeydə alınıb. Bəziləri açıq ərazilərə düşüb, ölkənin şimalında çoxsaylı yanğınlara səbəb olub. Hazırda yanğınsöndürmə və xilasetmə xidmətləri hadisə yerində işləyirlər" deyə məlumatda bildirib.

tag: Livan, İsrail, Ordu, Raket, Xilasetmə, todaypress.az,