Livandan İsrailə 50 raket atıldı
Livandan İsrail ərazisinə 50 raket atılıb,
onlardan bəziləri məhv edilib.
TodayPress xəbər verir ki, bu barədə İsrailin Müdafiə
Qüvvələri məlumat yayıb.
Qeyd olunub ki, Yuxarı Qaliley bölgəsində hava hücumu ilə
bağlı siqnallar işə düşdükdən sonra Livandan İsrail ərazisinə 50-yə yaxın
raketin uçduğu görülüb. Belə ki, onlardan bəziləri havada məhv edilib, bəziləri
isə boş əraziyə düşüb.
Qeyd edək ki, İsrailin Qəzza sektorunda başladığı hərbi
əməliyyatlar Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirib. İsrail həm Qəzzada
“HƏMAS”a qarşı, həm də Livandakı “Hizbullah” təşkilatına qarşı əməliyyatlar
həyata keçirir.
tag: Livan, İsrail, QƏzza, HƏMAS, todaypress.az,