Livandan İsrailə 30-a yaxın raket atıldı
Livandan İsrailin şimal ərazilərinə 30-a yaxın reket atılıb.
TodayPress xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Xüsusilə, hava hücumu xəbərdarlığının qüvvədə olduğu Qərbi Qaliley və Yuxarı Qaliley ərazisi atəşə məruz qalıb. Mərmilərin bir hissəsinin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, digər hissəsi isə açıq ərazilərə düşüb” deyə məlumatda qeyd olunub.
Günəş Mərd
tag: İsrail, Livan, Hücum, Hava, Mərmilər, todaypress.az,