Livandan İsrailə 30-a yaxın raket atıldı
İsrailin şimalında Livan ərazisindən azı 30 raket buraxılışı qeydə alınıb.
TodayPress-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.
“Bir müddət əvvəl İsrailin şimalında sirenlər səsləndikdən sonra Livandan Kabri bölgəsinə doğru uçan 30-a yaxın mərmi aşkar edilib, onların bəziləri açıq ərazilərə düşüb” məlumatda deyilir.
İtkilər barədə məlumat yoxdur.
Hələlik digər təfərrüatlar açıqlanmır.
tag: İsrail, Livan, Raket, Atəş, İtkilər, todaypress.az,