Livandan İsrail ordusunun mövqelərinə on mərmi atıldı

Dünya

28.09.2024 12:30

Şənbə günü Livan ərazisindən İsrail ordusunun mövqelərinə azı on mərmi atılıb.

TodayPress xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin mətbuat xidmətli məlumat yayıb. Bildirilir ki, Livandan İsrail ərazisinə uçan mərmilər aşkarlandıqdan sonra Yuxarı Qaliley rayonunda həyəcan siqnalı səslənib. Bir neçə mərmi havada zərərsizləşdirilib.

Bir müddət öncə İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutda “Hizbullah” hərəkatının qərargahının yerləşdiyi rayona ağır bombalarla zərbə endirib. Ərəb mediasının məlumatına görə, hücum zamanı nə hərəkatın lideri Həsən Nəsrullah, nə də digərləri xəsarət almayıb.

İsrailin Beyrut və Livanın bəzi digər ərazilərinə hava zərbələri cümə günü axşamdan bəri aramsız davam edir. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, paytaxtın sıx məskunlaşdığı ərazidə bir neçə bina dağıdılıb, azı 6 nəfər ölüb, onlarla insan yaralanıb.

tag: Livan ,İsrail, Silahlı Qüvvələr, Beyrut ,Hizbullah ,todaypress.az,