Livandan atılan raketlər 19 israillini yaraladı

Dünya

02.11.2024 09:41

Livandan İsrailin mərkəzinə atılan raket hücumu nəticəsində ən azı 19 nəfər yaralanıb. 

TodayPress xəbər verir ki, bu barədə İsrail polisi məlumat yayıb.

“Dördünün vəziyyəti orta ağırdır, qalanları isə yüngül bədən xəsarətləri alıb” deyə polisin mətbuat xidmətindən bildirilib. 

Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

İsrail hərbçiləri gecə saatlarında Livan ərazisindən ölkənin mərkəzi hissəsinin atəşə tutulmasını qeydə alıb. Üç mərmi atıldığı, onlardan ikisinin zərərsizləşdirildiyi bildirilir. 

Töhfə Səməd

tag: Livan, Raketlər, Hərbçilər,İsrail, todaypress.az,