Livandan atılan raketin partlaması nəticəsində 9 İsrail vətəndaşı həlak oldu
Dünya
27.07.2024 21:15
İsrailin “Kanal 12” kanalı
Livandan atılan raketin Colan təpələrindəki Məcdal Şəmsə düşməsi nəticəsində 9
nəfərin həlak olması ilə bağlı məlumat yayıb.
TodayPres “Əl-Cəzirə”-yə
istinadən xəbər verir ki, Livandan atılan raketin Məcdəl Şəms bölgəsinə düşməsi
nəticəsində 7-sinin vəziyyəti ağır olmaqla 30 nəfərin də yaralandığı bildirilir.
İsrailin Baş naziri Binyamin
Netanyahu insidentin təfərrüatları barədə məlumat aldıqdan sonra Vaşinqtondan təhlükəsizliklə
bağlı məsləhətləşmələr aparır.
tag: Livan, İsrail, Raket, Məcdal Şəms, todaypress.az,