Livanda son sutkada ölən və yaralananların sayı açıqlandı
Dünya
07.10.2024 21:45
Livanda son sutka
ərzində hava hücumları nəticəsində 22 nəfər ölüb, 111 nəfər yaralanıb.
TodayPress xəbər verir ki,
bu barədə Livanın İctimai Sağlamlıq Təcili Əməliyyatlar Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ən çox
ölənlərin sayı 15 nəfərin öldüyü, 46 nəfərin yaralandığı paytaxtın kənarında
qeydə alınıb.
2023-cü ilin
oktyabrında hərbi eskalasiya başlayandan bəri İsrailin bombardmanları və top
atəşləri nəticəsində ölənlərin rəqəmləri yenilənib. İsrail qüvvələrinin
hücumları nəticəsində ölənlərin sayı 2083 nəfərə çatıb, 9869 nəfər yaralanıb.
Aynur TAC
tag: Livan, İsrail, Fələstin, Ölüm, Yaralı, Hava Hücumu, todaypress.az,