Livanda son sutkada aviazərbələr nəticəsində 41 nəfər öldü
Livanda İsrail hava qüvvələrinin
Baalbek-Hermel, Bekaa, Dağlıq Livan, Nəbatiyyə, Sayda və Tir əyalətlərindəki
şəhər və qəsəbələrə endirdiyi zərbələr nəticəsində son sutkada 41 nəfər ölüb,
124 nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə Livanın Səhiyyə
Nazirliyi yanında Fövqəladə Əməliyyatlar Mərkəzinin “X” sosial şəbəkəsindəki
icmalında deyilir.
Qeyd olunur ki, ən çox ölüm hadisəsi (21 nəfər) ölkənin
şimalındakı Zqorta bölgəsində qeydə alınıb, 6 nəfər yaralanıb. Cənubdakı
Nəbatiyyə, Sayda və Tir əyalətlərində isə 17 nəfər ölüb, 79 nəfər yaralanıb.
Livanın şərqindəki Bekaa vadisində 3 nəfər ölüb, 21 nəfər yaralanıb,
Baalbek-Hermel bölgəsində isə 18 nəfər yaralanıb, ölən olmayıb.
Eyni zamanda 2023-cü ilin oktyabrında hərbi eskalasiya
başlayandan bəri İsrailin bombardmanları və artilleriya atəşləri nəticəsində
ölənlərin ümumi sayı 2,4 min, yaralıların sayı isə 10,9 min nəfər təşkil edir.
tag: Livan, İsrail, Müharibə, Zqorta,Zərbə, todaypress.az,