Livanda son sutkada 51 nəfər öldü, 223 nəfər yaralandı
Dünya
25.09.2024 21:50
İsrail Hərbi Hava Qüvvələrinin son 24 saat ərzində
Livanın bir sıra bölgələrində əhalinin məskunlaşdığı ərazilərə endirdiyi
zərbələr nəticəsində azı 51 nəfər ölüb, 223 nəfər yaralanıb.
TodayPress xəbər verir
ki, bu barədə Beyrutda keçirilən mətbuat konfransında Livanın müvəqqəti səhiyyə
naziri Firas Abyad bildirilib.
“Tibb müəssisələri fövqəladə rejimdə işləyir,
xəstəxanalar doludur, həkimlər böyük yük altındadır” o deyib.
Xatırladaq ki, daha əvvəl sentyabrın 24-də İsrailin
hücumları nəticəsində 569 nəfərin öldüyü, 1,8 mindən çox insanın yaralı
olduğunu bildirmişdi.
tag: Livan, İsrail, Beyrut, Firas, Müharibə,todaypress.az,