Livanda ölən və yaralananların sayı açıqlandı
Dünya
14.11.2024 02:34
İsrailin
son 24 saat ərzində Livan ərazisinə endirdiyi hava zərbələri nəticəsində
ümumilikdə 78 nəfər ölüb, 122 nəfər isə yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin Fövqəladə
Əməliyyatlar Mərkəzi öz “X” səhifəsində paylaşıb.
Bildirilib
ki, ölənlərin və yaralananların çoxu
cənubundakı Səidə və Tir bölgələrində qeydə alınıb.
Məlumata
görə, Livan dağında 24 nəfər ölüb, 17 nəfər yaralanıb. Nəbatiyyədə 13 nəfər
ölüb, 25 nəfər yaralanıb.
Livanın
şimal-şərqindəki Baalbek-Hermel əyaləti iki nəfərin öldüyünü və 11 nəfərin
yaralandığını bildirib.
2023-cü
ilin oktyabrında hərbi eskalasiya başlayandan bəri ümumilikdə 3365 nəfər həlak
olub, 14344 nəfər yaralanıb.
Aynur TAC
tag: Livan, İsrail, Müharibə,Zərbə, todaypress.az,