Livanda mopedlər və avtomobillər partlamağa başladı
Dünya
18.09.2024 21:24
Livanın paytaxtında mopedlər və avtomobillər
partlamağa başlayıb.
TodayPress xəbər verir ki, bu barədə
“Mash” kanalı məlumat yayıb.
Məlumata görə, Beyrutda müxtəlif texnika, xüsusən də
moped və avtomobillərdə partlayışlar baş verib.
“Yerli sakinlərin fikrincə, bütün avadanlıqlar əvvəlcə titrəyir, sonra partlayır” nəşr qeyd edib.
Bildirilib ki, qurğunun partladılması nəticəsində qurbanlarının
sayı 150 nəfərə çatıb və artmaqda davam edir.
Bundan əvvəl Livanın bir sıra bölgələrində, o cümlədən Beyrutun cənub ətraflarında peycerlərin partlaması nəticəsində onlarla insan yaralanıb. Əl-Cəzirə Livandakı təhlükəsizlik mənbəsinə istinadən bildirib ki, İsrail hərbçiləri Hizbullahın istifadə etdiyi peycerləri sındıraraq onların partlamasına səbəb olub.
tag: Livan, Partlayış, Beyrut, Əl-Cəzirə,todaypress.az,