Livanda HƏMAS komandiri məhv edildi

Dünya

18.07.2024 16:20

İsrail Hərbi Hava Qüvvələrinə məxsus uçuş aparatı Livanın şərqindəki Bekaa vadisini bombalayıb. Nəticədə HƏMAS-ın səhra komandirlərindən biri Məhəmməd Cabaranı hava öldürülüb. 

TodayPress TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, M.Cabara Livandan İsrailə qarşı terror aktları və raket buraxılışına görə məsuliyyət daşıyırdı.

“Bu addım HƏMAS-ın İsrailin şimal sərhədi ərazisində ölkəyə qarşı hücumlar planlaşdırmaq və həyata keçirmək imkanlarını azaldır” deyə məlumatda qeyd edilib.

tag: İsrail, Livan, HƏMAS, Beka, Raket, todaypress.az,