Livanda hava hücumları nəticəsində 63 nəfər öldü
Dünya
23.10.2024 07:39
Livanda gün ərzində İsrail Hərbi Hava
Qüvvələrinin zərbələri nəticəsində 63 nəfər ölüb, 234 nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə Livanın Səhiyyə
Nazirliyi yanında Fövqəladə Əməliyyatlar Mərkəzinin “X” sosial şəbəkəsində
yerləşdirdiyi xülasədə deyilir.
Məlumata görə, ən çox itki cənub bölgələrində qeydə
alınıb.
Qeyd olunur ki, 2023-cü ilin oktyabrında hərbi
eskalasiyanın başlanmasından İsrailin hava hücumları və artilleriya atəşləri
zamanı ölənlərin ümumi sayı 2 546, yaralananların sayı 11 862 nəfər olub.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin
nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar,
uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail
ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Əvvəllər dəfələrlə Qəzzada
atəşkəslə bağlı danışıqların dalana dirəndiyi barədə məlumatlar yayılıb. Eyni
zamanda, ABŞ, Qətər və Misirin Qəzzada İsrail və HƏMAS üçün yeni atəşkəs
təklifinin formalaşdırılması üzərində çalışdığı bildirilib. Lakin indiyədək bu
səylər heç bir ciddi dəyişikliyə səbəb olmayıb.
tag: israil, Livan, Hücum, HƏMAS, todaypress.az,