Livana hücumda 95 nəfər öldü
Dünya
01.10.2024 04:56
İsrailin son 24 saat ərzində Livana hücumları nəticəsində azı 95 nəfər ölüb, 172 nəfər yaralanıb .məlumat yayıb.
TodayPress xəbər verir ki, bu
barədə Livanın Səhiyyə
Nazirliyi məlumat yayıb.
Hücumlar
Livanın cənubundakı şəhər və kəndlərə, Nabatiye, Bekaa, Baalbek Hermel və
paytaxt Beyrutda həyata keçirilib.
Bundan
əvvəl “NBC News” telekanalı ABŞ prezidenti Cozef Bayden administrasiyasındakı
adı açıqlanmayan məmura və ordunun planları ilə tanış olan mənbəyə istinadən
xəbər verib ki, İsrail ordusu şiə Hizbullah hərəkatının qüvvələrini sərhəddən
sıxışdırmaq istəyir.
Aynur
TAC
tag: Livan, İsrail, Cozef Bayden, Hücum, todaypress.az,