Livan XİN İsraillə sülh nizamlanması üzərində işləyir
Dünya
03.10.2024 13:20
Livanın xarici işlər naziri Abdullah Bu Həbib BMT Baş Assambleyasının (GA) yüksək səviyyəli həftəsindən sonra İsraillə münaqişənin sülh yolu ilə həlli üzərində işləmək üçün ABŞ-də qalıb.
TodayPress xəbər verir ki, o, bu barədə “CNN” telekanalında məlumat verib.
“Hökumətim mənə sülh naminə işləməyi tapşırıb, ona görə də Livana qayıtmıram” deyə Bu Həbib bildirib.
Nazir vurğulayıb ki, hazırda sülh üçün dua edir və buna nail olmaq üçün çalışır. Həbib İsrailin ölkənin yeganə beynəlxalq hava limanını vuracağı təqdirdə xarici səfərlər etmək imkanını itirə biləcəyi ilə bağlı ehtimalını da təsdiqləyib.
Günəş Mərd
tag: Livan ,XİN ,Sülh ,İsrail ,Həbib ,ABŞ, todaypress.az,