Livan və “Hizbullah” ABŞ-nin İsraillə atəşkəs təklifi ilə razılaşdı
Dünya
19.11.2024 08:34
Livan və “Hizbullah” təşkilatı ABŞ-nin
İsraillə təklif etdiyi atəşkəs sazişi layihəsini bəyənib.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" agentliyinə
Livan parlamenti sədrinin köməkçisi Əli Həsən Xəlil məlumat verib.
Onun sözlərinə görə, Livan məzmunla bağlı bəzi şərhlərin
qeydə alındığı yazılı cavabını ABŞ-nin Beyrutdakı səfiri Liza Consona bazar
ertəsi göndərib.
Əli Həsən Xəlil indi hər şeyin İsraildən asılı olduğunu
qeyd edərək, hazırkı təkliflərin atəşkəsə nail olmaq üçün göstərilən səylərdən
ən ciddisi adlandırıb.
tag: Livan, Hizbullah, Müharibə, Atəşkəs,ABŞ, todaypress.az,