Livan üç günlük rəsmi matəm elan etdi

Dünya

22.04.2025 15:55

8

Livanın Baş naziri Navaf Salam Roma Papası Fransiskin vəfatı ilə bağlı 21-23 aprel tarixlərini əhatə edən üçgünlük rəsmi matəm elan edib.

Bu müddət ərzində hökumət binalarında, ictimai qurumlarda və bələdiyyələrdə bayraqlar yarıya endirilib.

TodayPress xəbər verir ki, bu barədə “NNA” – Livan Milli Xəbər Agentliyi məlumat yayıb.

Bundan əlavə, ölkədəki radio və televiziya kanallarına proqramlarını dəyişərək başsağlığı və yas ab-havasını əks etdirmək tövsiyə olunub.

Eyni tədbirlər dəfn və duaların oxunacağı günlərdə də tətbiq ediləcək.

Qiymət Mahir

tag: Livan,Papa,Fransisk,Roma,Katolik,Ölüm,Matəm,Todaypress.az,