Livan İsraillə münaqişənin genişlənməsinə imkan verməyəcək

Dünya

30.07.2024 09:42

“Livan hökuməti İsraillə “Hizbullah” arasında münaqişənin kəskinləşməsinin qarşısını almaq üçün lazım olan hər şeyi edir”.

TodayPress xəbər verir ki, bu sözləri Livanın əmək naziri Mustafa Bayram bildirib. 

Onun sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu mövcud vəziyyətdən öz xeyirlərinə istifadə edir. 

Xatırladaq ki, son həftələrdə israillə “Hizbullah” arasında gərginliyin və genişmiqyaslı müharibə təhlükəsinin gündən-günə artdığı müşahidə olunur. Həm İsrail rəsmilərinin, həm də “Hizbullah” liderlərinin sərt bəyanatları və davranışları vəziyyəti daha da gərginləşdirir.

Töhfə Səməd

tag: Livan, İsrail, Hizbullah, Netanyahu,Mustafa Bayram, todaypress.az,