Livan İsraillə müharibə istəmədiyini açıqladı
Dünya
31.07.2024 15:42
“Livan İsraillə müharibə istəmir və mövcud ziddiyyətlərin diplomatik yolla həllinə ümid edir”.
TodayPress xəbər verir ki, bunu Livan rabitə naziri Coni Karam hökumət iclasının yekunlarına dair mətbuat konfransında deyib.
"Görüşdə Livan dövləti tərəfindən pislənən İsrail təcavüzünün dayandırılmasına diqqət çəkildi, çünki Livan müharibə istəmir" deyə nazir bildirib.
Karam Livan səlahiyyətlilərinin müdafiə sahəsində lazımi tədbirlərin görülməsi ilə bağlı müzakirələrin getdiyini də əlavə edib.
Töhfə Səməd
tag: Livan, İsrail, Coni Karam, Müharibə, Tədbirlər, todaypress.az,