Livan İsrailin şimalına 15 raket atdı

Dünya

26.10.2024 16:15

İsrailin şimal bölgələri Livandan yeni atəşlərə məruz qalıb. 

TodayPress xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hərbçilər Livan ərazisindən təxminən 15 raket atdığını aşkarlayıb və buna görə Qərbi Qalileyanın bəzi ərazilərində hava hücumu xəbərdarlığı elan edilib. 

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. 

Töhfə Səməd

tag: İsrail, Livan, Raket, Hücum,Xəsarət, todaypress.az,