Livan İsraili hədələdi

Dünya

22.03.2025 13:20

2038

Livanın Baş naziri Navaf Salam xəbərdarlıq edib ki, İsrail ərazisinin yenidən atəşə tutulması yeni, dağıdıcı müharibəyə səbəb ola bilər. 

TodayPress xəbər verir ki, o, Livanın cənubundan İsrailin şimalındakı Metula bölgəsinə üç raket atılmasını belə şərh edib.

Salam respublikanın müdafiə naziri Mişel Menasseyə cənub sərhədində təhlükəsizliyin təmin edilməsi üçün bütün lazımi tədbirlərin görülməsini tapşırıb. O vurğulayıb ki, müharibə və sülhlə bağlı qərar qəbul etmək hüququ yalnız dövlətə məxsusdur.

Yəhudi dövlətinin müdafiə naziri İsrael Katz İsrail ərazisinin atəşə tutulmasında ərəb ölkəsi hökumətini günahlandırıb və cavab tədbirləri ilə hədələyib. O, İsrail ordusuna “lazımi cavab verməyi” tapşırdığını deyib.

Töhfə Səməd

tag: Livan,Navaf Salam,İsrail ,Mişel Menasse,todaypress.az,