Livan İsraili atəşə tutdu, ölənlər var
Dünya
31.10.2024 17:08
İsrailin şimal bölgələri Livan ərazisindən atəşə məruz qalıb.
TodayPress xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, raket təhlükəsi ilə əlaqədar Mərkəzi, Yuxarı və Qərbi Qalileyanın bir çox bölgələrində həyəcan təbili çalınıb. Ümumilikdə hərbçilər Livandan təxminən 30 raket buraxılışını qeydə alıblar.
“Mərmilər protokola uyğun olaraq ələ keçirilib” deyə ordudan bildirilib.
Bundan başqa, Livan tərəfdən Metula kəndinin kənarına endirilən raket hücumları nəticəsində İsrailin şimalında azı 5 nəfər sadə vətəndaş həlak olub.
İsrail Hayom qəzetinin məlumatına görə, ölənlərdən dördü əcnəbi işçilərdir.
Töhfə Səməd
tag: İsrail, Livan, Qərb, Mərmilər, todaypress.az,