Livan atəşkəsin mümkünlüyünü açıqladı

Dünya

31.10.2024 09:40

"Livan çox yaxın gələcəkdə İsraillə münaqişəni dayandırmaq üçün əlindən gələni edir". 

TodayPress xəbər verir ki, bunu Livanın Baş naziri Nəcib Mikati “Al Jadeed” telekanalına müsahibəsində bildirib. 

"Ümid edirik ki, yaxın saatlarda və ya günlərdə atəşkəs haqqında razılığa gələ biləcəyik" deyə o qeyd edib. 

Siyasətçi vurğulayıb ki, o, İsrailə səfər etməyi planlaşdıran ABŞ-nin hazırkı prezidenti Cozef Bayden, Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hokstin ilə telefon danışığı aparıb. 

Mikatinin sözlərinə görə, amerikalı rəsmi noyabrın 5-dən əvvəl müzakirə olunan razılaşmaya nail olmağın mümkün olduğuna işarə edib.

Günəş Mərd

tag: Livan, Baş Nazir,Nəcib Mikati, Bayden,Amos Hokstin, todaypress.az,