Litvanın Rusiyada ərazi iddiaları var

Dünya

10.01.2025 16:33

“Litva prezidenti Gitanas Nausedanın Kalininqradın mülkiyyəti ilə bağlı sözləri onu göstərir ki, Vilnüsün Rusiyaya ərazi iddiaları var”.

TodayPress xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Göründüyü kimi, bu, dövlətimizin təhlükəsizliyini təmin etmək üçün bütün cari və gələcək tədbirlərə haqq qazandırır. Litva ölkəmiz üçün qeyri-dost dövlətdir, bizə düşmən olan dövlətdir” deyə Kreml nümayəndəsi bildirib.

Əvvəllər Nauseda Kalininqradı “Kiçik Litvanın” bir hissəsi adlandırırdı.

Töhfə Səməd

tag: Litva, Rusiya ,Peskov ,Dmitri ,todaypress.az,