Litvanın Baş naziri: “Rusiya Kurskdakı əməliyyatı dayandıra bilər”
Dünya
24.08.2024 18:40
“Rusiya Ukraynanın Kursk vilayətində əməliyyatı
dayandıra bilər. Bunun üçün Ukraynaya qarşı müharibəyə son qoymaq lazımdır”.
TodayPress xəbər verir ki, bu barədə Litvanın Baş
naziri İnqrid Şimonitenin Ukrayna və Polşa prezidentləri ilə keçirdiyi mətbuat
konfransında bildiririb.
"Rusiya bu müharibəyə başlayıb. Ukrayna
özünü müdafiə edir. Mən təəccüblənirəm ki, bəzən insanlar müharibənin yalnız
Ukrayna ərazisində aparıla biləcəyini düşünürlər. Amma bu, sadəcə olaraq
ədalətli deyil. Rusiya baş verə biləcək riskləri və məsuliyyəti öz üzərinə götürməlidir”
deyə o bildirib.
Günəş Mərd
tag: Litva,Rusiya,Kursk,Ukrayna,Polşa,todaypress.az,