Litvadan Ukraynaya 10 milyonluq dəstək - “Palyanitsa” reallaşdırılır

Dünya

23.11.2024 16:57

Litva Ukraynanın uzaqmənzilli silahların istehsalını maliyyələşdirmək üçün 10 milyon avro ayıracaq. 

TodayPress xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov “Facebook”da məlumat yayıb.

Umerov bununla bağlı Vilnüsdə Litvanın müdafiə naziri Laurinas Kaşşunas ilə memorandum imzalayıb. 

“Ukraynanın təhlükəsizlik və müdafiə qüvvələrinə dəstək mexanizminin yaradılmasına dair anlaşma memorandumu Litvanın müdafiə sənayemizə investisiyaları üçün yeni imkanlar açır və ölkələrimiz arasında strateji tərəfdaşlığın genişlənməsinə töhfə verir" Umyerov bildirib.

Nazirin sözlərinə görə, bu, uzunmüddətli sazişdir və onun artıq 10 milyon avro məbləğində birinci tranşı razılaşdırılıb. Litva bu vəsaiti Ukraynanın uzaqmənzilli silahlarının istehsalına, xüsusən də “Palyanitsa” layihəsinə yönəldir.

Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, Litva tərəfi artıq maliyyələşdirmə ilə bağlı bürokratik prosedurları yekunlaşdırmaq üzərində işləyir. 

Xatırladaq ki, Ukrayna və Danimarka bu yaxınlarda yerli silah istehsalına investisiyaların yeni modeli haqqında razılığa gəliblər. Ukrayna həmçinin İsveçlə də daxili müdafiə layihələrinin maliyyələşdirilməsinə dair razılıq əldə edib. 

Günəş Mərd

tag: Litva, Ukrayna,Memorandum, Vilnüs, Silahlar, todaypress.az,