Litvada təyyarə qəzaya uğradı, yerdə qara qutu tapıldı

Dünya

26.11.2024 17:08

Litvanın paytaxtı Vilnüsdə DHL şirkətinə məxsus təyyarənin qəzaya uğradığı yerdə mütəxəssislər qara qutu aşkar ediblər. 

TodayPress xəbər verir ki, bu barədə Litvanın Ədliyyə Nazirliyi məlumat yayıb.

Polis komissarı Arunas Paulauskas bildirib ki, dispetçerlə söhbətlərin və alətlərin oxunuşlarının qeydləri olan qara qutu xüsusi əhəmiyyət kəsb edir. Çünki ilkin məlumatlara əsasən təyyarənin qəzaya uğramasının səbəbləri barədə heç bir təəssürat yaranmır. Onun sözlərinə görə, hazırda təyyarədə baş verə biləcək fövqəladə hadisə barədə məlumat yoxdur.

Daha əvvəl Litva Baş Prokurorluğunun prokuroru Arturas Urbelis bildirmişdi ki, təyyarə ekipajın səhlənkarlığı ucbatından qəzaya uğrayıb. 

Xatırladaq ki, noyabrın 26-da Almaniyanın Leypsiq şəhərindən Vilnüs şəhərinə uçan yük təyyarəsi hava limanına enmək istəyərkən qəzaya uğrayıb. O ikimərtəbəli yaşayış evinə düşüb. Təyyarədə iki pilot və şirkətin iki nümayəndəsi olub.

Töhfə Səməd

tag: Litva, Təyyarə, Baş Prokurorluq, Leypsiq, Almaniya, todaypress.az,