Litvada baş verən təyyarə qəzası ilə bağlı müəmma

Dünya

25.11.2024 13:53

Litvada baş verən təyyarə qəzası yayda Avropada baş verən partlayışlarla bağlı ola bilər. 

TodayPress xəbər verir ki, bu barədə yerli “Delfi” nəşri yazıb.

Qəzaya uğrayan təyyarə DHL yükdaşıma şirkətinə məxsus olub. 

Nəşr bugünkü Vilnüsdəki fəlakəti yayda DHL-in Leypsiq (Almaniya) və Birmingem (Böyük Britaniya) anbarlarında baş vermiş müəmmalı partlayışlarla əlaqələndirib.

Eyni zamanda, Litvanın Böhran İdarəetmə Mərkəzi bəyan edib ki, Vilnüs yaxınlığında yük təyyarəsinin qəzaya uğramasından əvvəl partlayış baş verdiyinə dair heç bir sübut yoxdur.

Qeyd edək ki, noyabrın 25-də səhər saatlarında Leypsiqdən Vilnüsə uçan təyyarə Litvanın paytaxtının şəhər hüdudları daxilində qəzaya uğrayıb. Təyyarədə dörd nəfər olub, pilot partlayışdan sağ çıxa bilməyib.

Günəş Mərd

tag: Litva, Leypsiq, Vilnüs, Təyyarə, todaypress.az,