Litva Zurabişviliyə sığınacaq verməyə hazırdır

Dünya

03.12.2024 18:35

Lazım gələrsə, Litva Gürcüstan prezidenti Salome Zurabişviliyə sığınacaq verə bilər. 

TodayPress xəbər verir ki, bu barədə Litva prezidentinin müşaviri Asta Skysgiryte bildirib, 

“Əgər belə bir ehtiyac olarsa, təbii ki, Litva sığınacaq verəcək. Lakin hazırda prezident Zurabişvili açıq şəkildə bildirib ki, o, öz xalqı ilə Tbilisidə olacaq” deyə müşavir qeyd edib.

Günəş Mərd

tag: Litva, Gürcüstan, Salome Zurabişvili,Asta Skysgiryte, todaypress.az,