Litva və Estoniya hərbi xərcləri artırır
Dünya
27.01.2025 13:10
Litva və Estoniya ABŞ-nin müvafiq tələbləri fonunda müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağa söz verən ilk NATO ölkələri olub.
TodayPress xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məlumatda bildirilir ki, adı çəkilən dövlətlər 2026-cı ildən və ən azı növbəti onilliyin əvvəlinə qədər ÜDM-in 5-6%-ni müdafiəyə sərf etmək niyyətindədir.
Bildirilib ki, rəsmi Vilnüs müdafiə xərclərini dövlət borcları və “dövlət sektorunun xərclərini azaltmaqla” ödəməyi planlaşdırır.
Bundan əlavə, ölkə iqtisadiyyatının müdafiə sahəsində Avropa ölkələrindən maliyyə dəstəyi alacağına ümid edildiyi bildirilib.
Estoniya hökuməti də öz növbəsində müdafiə xərclərinin səviyyəsini ÜDM-in 3,7%-dən 5%-ə çatdırmağı planlaşdırır.
Xatırladaq ki, yanvarın 21-də mətbuat konfransı zamanı ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin hərbi xərclərini ÜDM-in 5%-ə çatdırmalı olduğunu deyib.
Nicat Osman
tag: Estoniya,Litva,NATO,Hərbi xərc,Todaypress.az,