Litva Ukraynaya qoşun yeritməyə icazə verdi
Dünya
30.01.2025 18:30
Litva Silahlı Qüvvələrinin komandanı Raimundas Vaiknoras Ukraynaya sülhməramlı qoşunların göndərilməsinə icazə verib.
TodayPress xəbər verir ki, bu barədə “RBC” məlumat yayıb.
“Litva Ukraynaya qoşun göndərə bilər və biz bunu nəzərdən keçirəcəyik” deyə general bildirib.
O, bu məsələ ilə bağlı müzakirələrin aparılmalı olduğunu dilə gətirib.
General qeyd edib ki, Litva bu addımı ata və Avropada sabitlik üçün məsuliyyəti öz üzərinə götürə bilər.
Nicat Osman
tag: Litva ,Silahlı Qüvvələr,Raimundas Vaiknoras,Ukrayna,todaypress.az,