Litva Ukraynaya növbəti dəfə hərbi yardım etdi
Dünya
29.08.2024 05:54
Litva Ukraynaya yükləyicilər, pilotsuz uçuş
aparatlarına qarşı mübarizə sistemləri və qatlanan çarpayılardan ibarət yeni
hərbi yardım partiyasını təhvil verib.
TodayPress xəbər verir ki, bu barədə Litva Müdafiə
Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hərbi əməliyyatlar başlayandan bəri Litva Ukraynaya 647
milyon avrodan çox hərbi dəstək verib.
Qeyd olunur ki, Litvanın Ukraynaya ümumi dəstəyi
uzunmüddətlidir və 1 milyard avrodan artıqdır.
Bu yaxınlarda Litva Ukraynaya qısa
mənzilli hava hücumundan müdafiə sistemləri, zirehli transportyorlar və
pilotsuz uçuş aparatları ilə mübarizə vasitələrindən ibarət əhəmiyyətli hərbi
yardım paketi veriləcəyini elan etmişdi
Litvanın Baş naziri İnqrida Şimonite isə bildirib ki,
payızın sonuna qədər Litva Ukraynaya 5 mindən çox pilotsuz uçuş aparat verməyi
planlaşdırır.
tag: Ukrayna ,Litva, Yardım, Hərbi, todaypress.az,