Litva Ukraynaya hərbi yardım paketi göndərəcək

Dünya

18.09.2024 15:13

2273

“Vilnüsün 2024-cü ilin sonuna qədər Kiyevə göndərəcəyi hərbi yardımın dəyəri 40-50 milyon avro arasında dəyişəcək”. 

TodayPress xəbər verir ki, bunu ölkənin müdafiə naziri Laurinas Kaçyunas deyib. 

“Bu il Ukraynaya hərbi yardımımızın həcmi 153 milyon avro təşkil edib. İlin sonuna qədər əlavə yardımın dəyəri 40 milyon avrodan 50 milyon avroya qədər olacaq” deyə nazir məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, Litva Ukraynanın uzaqmənzilli silahlarının, o cümlədən “Palyanitsa” dron raketinin istehsalının inkişafına 10 milyon avro sərmayə qoymaq və Kiyevə göndərilmək üçün qısa mənzilli hava hücumundan müdafiə sistemləri, radarlar və minalardan təmizləmə avadanlıqları almaq niyyətindədir.

Qeyd edək ki, münaqişə başlayandan bəri Vilnüs Kiyevə ümumi daxili məhsulun (ÜDM) 2%-i həcmində yardım ayırıb.

Töhfə Səməd

tag: Ukrayna ,Litva, Kiyev ,Mina, Vilnüs, todaypress.az,