Litva Ukraynaya hərbi yardım edəcək

Dünya

24.08.2024 17:45

Litva Ukraynaya hava hücumundan müdafiə sistemləri və digər avadanlıqlarla bağlı yeni hərbi yardım paketi ayırıb.

TodayPress xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan Litva Baş naziri İnqrida Şimonite Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yeni hərbi yardım sentyabrın əvvəlinə qədər Ukraynaya çatacaq.


Töhfə Səməd

tag: Litva,Ukrayna,Hərbi,Yardım,Baş Nazir,Konfrans,todaypress.az,