Litva Ukrayna üçün PUA-ları sınaqdan keçirdi
Dünya
07.08.2024 14:44
Litva istehsalçılarının pilotsuz təyyarələri hərbi şəraitdə sınaqdan keçirildikdən sonra Ukraynaya tədarük olunacaq.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, Litvanın ukraynalı tərəfdaşları məhsulları qiymətləndiriblər. Bundan sonra beş müəssisə öz dronlarının Ukraynaya tədarükü üçün icazə alıb.
Yaxın vaxtlarda dron istehsalçıları Ukraynaya mümkün müqavilələr üçün öz təkliflərini göndərəcəklər. Litva Müdafiə Nazirliyi bu məqsədlə beş milyon avro məbləğində maliyyə yardımı göstərməyə hazırdır.
Günəş Mərd
tag: Litva, Ukrayna, Təyyarə, Müqavilələr, Hərbi Sınaq, todaypress.az,