Litva Ukrayna ilə bağlı Rusiyaya tələblər irəli sürdü
"Litva Rusiyadan tələb edir ki, mayın 12-dən Ukraynada tam atəşkəs tətbiq etsin, əks halda Avropa İttifaqı (Aİ) Moskvaya yeni sanksiyalarla cavab verəcək".
TodayPress xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynada sülhün başlamaması üçün vaxtı gecikdirir. Diplomat atəşkəs olmadan atəşkəs haqqında danışığı “fars” adlandırıb.
"Əgər Rusiya silahları mayın 12-nə qədər susmasa, yeni sanksiyalar paketi tətbiq edilməlidir" Budris yekunlaşdırıb.
Töhfə Səməd
tag: Litva ,Rusiya,Ukrayna,Avropa İttifaqı,todaypress.az,